|
Bu sənəd məclis deputatı və avropa şurası parlamenti üzvü Rafael Hüseynov tərəfindən hazırlanıb və Azərbaycan, İtaliya, Belçika, Macaristan, İspaniya, Polşa, Litva, Türkiyə, Ukrayna və Gürcüstan (Liberal demokratik-reformist, Avropa xalq partıyası, demokratik avropa, avropanın birləşmiş solu və sosyalist quruplarına bağlı) bir sıra deputatın imzasını daşımaqdadır. İranda (Cənubi Azərbaycanda) yaşıyan 30 milyon azərbaycanlının ana dillərində təhsil alma imkani əldə etmə problemi
Sənəd:9710 190 il bundan qabaq, İranla Rusiya arasındakı savaşın sonucu olaraq və 1813:cu Gülüstan və 1828:ci Türkəmənçay anlaşmaları görə, Azərbaycan ikiyə bölünmüş, Quzey azərbaycan Rusiyanın, Güney Azərbaycan isə İranın idarəsi altına keçmişdir. Quzey Azərbaycan 1918-1920:ci illərde Azərbaycan demokratik Cumhuriyyəti adı ilə bağımsızlığını əldə etmiş, Güney Azərbaycan isə 1945-46 illərində öz dövlətini qura bilmişdir. Təəsüflə hər iki dövlət yabancıların basqısı nəticəsində öz istiqlaliyyətlərini əldən vermişlər. Azərbaycan demokratik cümhuriyyəti Sovetlərin hucumu ilə suverenliyini itirərək S.S.R.I tərkibinə qatılmışsada, 1991:ci ildə yenidən azərbaycan cümhuriyyəti olaraq müstəqilliyini qazanmışdır. Günümüzdə azərbaycan cümhuriyyətində 8 milyon əhalı yaşayır. İranda bitişik şəkildə yaşayan etnik azərbaycanlıların sayısı isə 30 milyona yaxındır. Təəsüflə İranda yaşayan azərbaycanlıların ölkədə ana dillərində təhsill alma imkanı yoxdur. İran avropa ölkəsi olmasada, avropa şurasının üzvü olan bir sıra dövlətlərin iranla sıx siyasi, iqtisadı, elmi-mədəni ilişkiləri vardır və iranda yaşayan 30 milyona yaxın azərbaycanlı(avropa ölkəsi olan) azərbaycan cümhuriyyəti yurddaşları ilə eyni dil, mənəvi və mədəni dəyərləri paylaşır. Onların ana dilində təhsil alma imkanları yaranırsa, azərbaycan cümhuriyyətində nəşr edilən kitablar və mətbuatı oxuma və azərbaycanın avropa şurasına üzvü olduğu göz önünə alınırsa-milli və avropa dəyərləri ilə tanış olma, avropa düşüncə və davranış biçimini daha artıq mənimsəmə imkanlarıda təmin edilmiş olar. Avropa şurası paralment assembliyası İranda yaşayan etnik azərbaycanlılar üçün ilk, orta və yüksək məktəblərin açılması doğrultusunda hökumətcə atılacaq addımların, bu ölkənin lab böyük milli azlıqların ən təməl haqlarına göstərilən sayqısının bir nişanəsi olacağına inanır. Bu nədənlə avropa şurası parlament assembliyası mədəniyyət, bilim, təhsil komitəsinin bu problemi araşdırmaq, haqqında ayrıca məruzə hazırlamasını tövsiyə edir. |