
|
21 Mart 2003-İsveç-Malmö Müraciət Biz bu gün cənubi azərbaycandan danışanda tariximizə ıtəridə olsa nəzər salmalıyıq hələ xurəmilər dövründən bu yana cənubi azərbaycanın neçə-neçə vətənpərvər övladları azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə qatılıblar, Bu torpağın bütövlüyündən qorunması üçün canından keçmiş Babək, Cavanşir vö sairə kimi qəhramanlarımız hələdə xalqın dilində əzbərdir. Biz bununla fəxr edirik. amma bizim qəhramanlar təkcə Babəklə, Cavanşirlə bitməz. Səttar xan, Şix Məhəmməd Xiyabanı, Pişəvəri kimi tarixi qəhrəmanların adını çəkməmək mümkün dəyil. Biz tariximizdən danışdıq. Bəs bu gün neçə! belə qəhramanlarımız varmı? Bu suala cavab vermək üçün öz daxılımızə müraciət etsək kəfayətdir. Əgər hər bir azərbaycan övladı öz daxilində bir şəxsiyyət kimi özünü görürsə, mütləq və mütləq "Azadlıq" deyilən bir kəlməni unutmamalıdır. Azadlıq deməklə biz bir kimsəyə təzyiq göstərmək istəmirik. Amalımız xalqımızın dil, mədəniyyət və tarixini bərpa etməkdir. Əsas yolumuz mübarizə yoludur. Mübarizəmizsə cənubi azərbaycanda demokratiyanı və kimliyimizi məhv edən anti-demokratik qüvvələrə qarşıdır. Əgər bunu dərk etsək bizim azadlığımızım təmin olunması üçün qarşımızda bir cəğir açılacaq. Biz mübarizə etdikdə əlimizə silah alıb usyan etməyi nəzərdə tutmuruq. Biz mübarizəmizi əlimizdə qələm alaraq, mədəniyyətimizi və tariximizi təbliğ etməklə irəli surməliyik. Təəsüflər olsun ki 30 milyondan çox azərbaycanlının hələdə bu gün, İranda öz dilində nə məktəbləri var, nə müstəqil şəkildə nəşriyyat, nə televizyon və radiyo vasitəsi ilə azərbaycan dilində verilişlər gedir. Bu acınacaqlı hal dəyilmi? İran Məmalek məhrusədən təşkil tapmış neçə millətli bir ölkə sayılır və onun əhalısının yarısını təşkil edən azərbaycan milləti, yazıqlar olsun ki, iqtisadı böhranlarla, mədəniyyətlərinin ayaqlar altına atılmasına, dil və kimliklərinin əllərindən alınmasına dözmüyərək qızıl çıxan torpağlarini qoyub, vətənlərini tərk etmək məcburiyyətində qalırlar. Neçə ildir ki cənubi azərbaycanın ağır durumu haqqında maraq göstərənlər ilə danışıqlar əsasında belə nəticə alınırkı, vətəndaşların arzu və istəkləri bu gün bütün düşüncə və duyğuların birləşməsinə və milli azadlıq uğrunda səfərbərliyə gətirib çıxarır.Bu bizim məqsədimizdir. Məqsədimiz bəşəri huquqları əsas tutaraq beynilxalq ölçülərə dayanaraq tarixi torpağlarımızda yaşayan hər bir insanın milli huquqlarının qorunması, hər bir vətəndaşın seçim haqqının tanınması, milli quruluşlarımızın( Parlament, İcra hakimiyyəti və məhkəmələr) yaranmasıdır. Gələcəyimiz xalqımızın əlindədir. Bundan belə bütün səsləri birləşdirməklə azərbaycan milli cibhəsinin yaranması zəruri sayılır və məqsədlərimiz 12 maddədən ibarət olaraq aşağıdakı kimi təqdim olunur: 1.Cənubi Azərbaycan və İranın ayrı-ayrı bölgələrində yaşayan azərbaycanlıların siyasi, ictimyi və mədəni həyatlarından yaranan tələbləri nəzərə alaraq həmin tələblər uğrunda dünyada qəbul olunan demokratik və mədəni yollarla azərbaycan milli cibhəsinin mübarizəsi başlanır. 2.Azərbaycan milli cibhəsi azərbaycanlıların ictimai həyat sahələrinin inkişafi uğrunda mübarizəni qarşısına məqsəd qoyaraq, azərbaycanın eyn məqsəd daşayan digər qurum və təşkilatlari ilə əməkdaşlığa böyük əhəmiyyət verir. 3.Azərbaycan milli cibhəsi dünyanın başqa ölkələrində eyn məqsəd daşayan və habelə insan huquqları bəyannaməsinin qəbul və onun həyata keçirilməsi uğrunda fəaliyyət göstərən qurum və təşkilatlarla əlaqədə olmağı zəruri sayır. 4.Cənubi azərbaycanda rəsmi dil azərbaycan türkcəsi olmalıdır. Azərbaycanda yaşayan etnik qrupların azlığına baxmayaraq ana dili, tarix və mədəniyyətlərin inkişafi üçün imkanlar yaranmalıdır. 5.Cənubi azərbaycanda və iranın başqa bölgələrində fəaliyyət göstərən məktəb, univeristet və digər elmi sahələrdə azərbaycan dilinin təhsili mütləqdir. Radiyo, televizyon digər mətbuat vasitələri İranda, azərbaycanlıların çoxluğunu nəzərə alaraq, azərbaycan dili, tarixi və mədəniyətinə xidmət etməlidir. 6.Cənubi azərbaycanda, iqtisadiyyat, sərmayə, ticarət, sənət və sayirə sahələrdə imkanlar gənişlənməlidir, sərmayə, ticarət, sənət sahıblarının və mütəxəsislərin əmniyətlərini təmin etməklə vətəndaşlarımızın ana yurdlarına dğnmələri əsas məqsəd daşımalıdır. 7.Azərbaycan milli cibhəsi azadlıq, ictimai ədalət, milli hakimiyyət uğrunda mübarizə apararaq qələm, söz və əqidə azadlığı məhz insan haqlarına hörmətlə yanaşılmanın tərəfdarıdır. 8.Azərbaycan milli cibbhəsi, cənubi azərbaycanda və iranın başqa yerlərində yaşayan azərbaycanlıların milli və mədəni xususiyətlərin nəzərə alaraq, istər təhsil, istərsə ictimai həyatda bu xususiyətlərə lazimi əhəmiyyət verməyi qarşısına məqsəd qoyur. 9.Şəhər-kəndlərin və həmçinin yolların muasir şəkildə abadlaşdırılması mütləqdir. Yalnız bununla neçə-neçə insan tələfatının və bir çox faciələrin qarşısını almaq olar. Su axarlarının qarşısında sədlərin qurulması, yaşıllıqların bərpası, ətraf muhitin təmizlənməsi, könd təsəruffatı(əkinçilik-maldarlıq və sairə) müarif, tib və digər sahələrdə önəmli addımların atılması zəruridir. Umumiyətlə xalqın rifah və yaşayış səviyəsini qaldırmaq və işsizliyə son qoymaq əsas hədəflərdəndir. 10.Azərbaycan milli cibhəsi, cənubi azərbaycanda və İranda insan haqlarının bərpası və demokratikləşməsi prosəsinə dəstəkliyir və həmin prosəslərin inkişafi uğrunda çalışacaq. 11.Azərbaycan milli cibhəsi, İran parlamentinin məqsədlərimizlə üst-üstə düşən bütün qərarlarına hörmətlə yanaşmağı lazımdır. 12.Azərbaycan milli cibhəsi, dünyanın hər yerində onun məramnaməsini qəbul edən və öz tarixi varlıqlarına, sabahki tərəqqi və rifahına inam bəsləyən azərbaycanlıları öz səflərində birləşdirir. Vətənpərvər Azərbaycanlılar! Azərbaycan milli cibhəsi sizi heç bir təbəqələrə bölmədən yuxarıda qyed olunan hədəfləri müntəzəm surətdə həyata keçirmək üçün ətrafına toplanmağa və bu muraciətdən himayə etməyə çağırır.
Azərbaycan Milli
Cibhəsinin muəssis heyəti tərəfindən: |