Azərbaycan Mİlli Cəbhəsinin irandakı 9-cu prezident seçkiləri haqqında bildirişi!

Əziz həmvətənlər!
Seçki vəzifə dəyil, haqqdır!
Demokratıyanın çiçəklənməsi hər bir hakimiyyətin insan huquqlarına səmimi hörmətlə yanaşmağından ortaya çıxır. Vətəndaş huquqlarına gəldikdə, demokratiya huquqlarına əsaslanarkən, xalq, hakimiyyətə xidmət etmək üçün deyil, bəlkədə hökümət xalqa xidmət etmək üçündür. Beləliklə xalq demokratik dövlətin təbəəsi yox, ancaq vətəndaşı sayılır və oracan ki, dövlətlər millətlərin huquqların təmin edir. Vətəndaşlar, dövlətə sədaqətlə yanaşır, amma istibdad hakimiyyətlər qarşısında, millətlərin boynuna belə bir vəzifə düşməyir. Elə buna görədə seçkilərdə iştirak etmək vəzifə dəyil, bəlkə haqqdır və bu haqq bir demokratik hakimiyyətdə əda olarkı, vətəndaş! Bütün insanı və milli huquqlarına malık olsun.
Ümumiyyətlə 27 il iran islam hakimiyyətində, mövcüd amarlara görə fars neşin əyalətlərə iqtisadı, ictimai, fərhəngi və elmi sahələrdə 7 bərabər azərbaycan əyalətlərindən artıq sərmayə sərf edilmişdir. Bu müddətdə kimliksizlik böhranı üzərində mübarizə aparan milli və mədəni fəallarımızın çalışmaları qarşısında çeşitli əngəllər törənibdir. Günəş partıyası və məcmə daneşqahiyana və …. Neçə ildir ki, rəsmi fəaliyyət icazəsi verməkdən imtina etmişdir. Azərbaycan nəşriyyatı, saytları, özəlliklə özlərinə layıqcəsinə yer açan Şəms Təbriz və Umid Zəncan ruznamələri bağlandı. Milli mərasimlər yasaqlandı, fəallarımız təhqirə, işkəncə və zindanlara məruz qaldılar. Son 8 ildə millətlər təmədünləri şuarı altında islahat adi ilə azərbaycandan artıq səs toplayan ağaye məhəmməd Xatəmi və onun dövləti iqtidarda olan çağı xalqımızı dizə çökdürdülər.
Batı (Qərbi) azərbaycana sistematik çəkildə qeyr bumi mühacirətlərin həyata keçirilməsi, heç şübhə olmadan aşkara siyasi məqsəd daşayır. Bu çirkin hədəfi planlaşdıran pan iranistlər və onların ərbabları sayılan imperiyalıstlərdır. Təəsüflə isalm hakimiyyəti aşkara belə bir çirkin hərəkətə himayə edir.
Məntəqədə iran hakimiyyətinin Ermənistan dövlətinə yardımları səbəb olmuş ki, quzey azərbaycanın 20% son işqal olunmuş torpaqları hələdə erməni daşnak teroristlərinin işqalı altında qalsın. Bir milyondan artıq quzeydəki bacı qardaşlarımız hələdə öz yurd yuvalarından uzaqda qalmışlar. Bu gün qarabağ məsələsi bütün dünyada yaşayan azərbaycanlılara milli faciədir. Bu sahədə, iran dövlətinin zidd azərbaycan siyasətlərinə göz yummaq qeyr mümkündür.
Azərbaycan millət vəkillərindən, aydınlar və çeşitli qişrlər, ədalətsizlik lərə son qoymaq üzərində dəfələrlə prezident Xatəmiyə və başqa ölkə məsularına etiraz məktubları göndərmişlər. Təəsüflə hakimiyyət başçılarının susub və rəsmi təhrim siyasətləri, habelə  fəalarımıza təhlukəli və bağlı bir atmosfərin yaratmaları hamıya aydındır. Milli varlığından məhrum qalan azərbaycanlılar daha bu gün anayasanın müəyyən maddələrin həyata keçirmək təmənnasında dəyillər. Onların hakimiyyətlərə etimadsızlığı səbəb olmuş ki, özləri-öz müqqədəratını əldə etməyi ciddi şəkildə gündəlik məsələyə çevirsinlər!
Prezident seçkilərinin 9-cü dövrəsi ərəfəsindəyik. 8 nəfər namzədlər arasında azərbaycan milli hərəkətindən kimsə gözə çarpmır. Mövcüd faktlara görə iran hakimiyyətləri demokratıyaya biqanə olaraq, milli huquqlara yanaşmaqdan aciz qalmaları mütləq subut olunmuşdur. Bu günədək azərbayacan türkünə emal olunan təb izlər ağır zərbələri, gələcək nəsilləridə təhdid edir.
Azərbaycan milli cəbhəsi, əziz həmvətənlərimizi və qayğıkeş bacı və qardaşlarımızı, milli etiraz olaraq prezident seçkilərinə qatılmamağa çağırır. Bəlkə xalqımızın haqq səsin eşitmək istəmiyənlər, bu dəfə bu uca səsi eşitməyə məcbur olsunlar!

Azərbaycan Milli Cəbhəsi
2005-0
6-05
İsveç-Malmö