Əziz Həmvətənlər! 
Bildiğiniz kimi İran parlamentinin yeddinci seçkiləri ərəfəsindəyik. Hər zaman olduğu kimi, ölkədə bu gündə Qeyr demokratik atmosfər davam etməkdədir. Elə buna görədə seçkilər müxalifət quvvələri tərəfindən baykot edilib.

Artıq gizli dəyil ki, bu durumda bəşər huquqları yinədə şuar kimi səslənilir. Əslində isə bu cəryanlar milli huquqlara biqanədir. Artıq islam hakimiyyətindən 25 il keçsədə hələdə azərbaycan türkü bəşər huquqlarından istifadə edə bilmir. Günümüzün belə bir inkişaf dövründə bu durum azərbaycan milləti üçün böyük bir faciədir.

Bu gün azərbaycan milli hərəkatı çeşitli təzyiqlərə məruz qalsada inkişaf yolunda durmadan irəliləyir. İndi qarşımızda bir fəzifə durur. Biz düzgün siyasətlə hərəkət etməliyik. Seçkiləri proqramsız və tələsik şəkildə baykot etmək istiratejisi gələcəkdə azərbaycan milli hərəkatını təhlikə ilə qarşılaşdırır. Artıq acı təcrübələr göstərib ki, əks  təqdirdə bütün planlarımız uğursuzluqlarla özləşə bilər. Unutmalalıyıq ki, tədbirsiz hərəkət ölkədəki siyasi və ictimai durumun dahada gərginləşməsinə şərait yaradar və beləliklə pan İranist şovinistlərinin quvvələrini daha gücləndirir və xarici qudrətin əlinə bahana verə bilər.

Azərbaycanlıların mədəni və sevil yollarla milli huquqlarına nail olacağı artıq zərurət daşıyır.

Azərbaycan milli cəbhəsi iranda keçiriləcək anti demokratik seçkiləri rəd edir və azad seçimləri dəstəkliyir. və azərbaycan  milli hərəkatının səlahiyətli nümayəndələrinin xalqımız tərəfindən seçilib, parlamentə göndərilməsini arzu edir.

Əziz həmvətənlər, azərbaycan milli cəbhəsi əmindir ki, soydaşlarımız bu həsas şəraitdə bu məsələyə ayıq-sayıqlıqla yanaşacaqlar. Bu olduqca böyük əhəmiyyət kəsb edir.

Xatırlamaq lazimdir ki, azərbaycanın tarixi torpaqları müəyyən fitnələrə hər zaman məruz qalıb və biz bu gündə bu planlaşmış fitnələrin canlı şahidiyiq. Bu həsas şəraitdə biz azərbaycanlıların seçimlərdə iştiraki zəruri xaraktər daşıyır.

Azərbaycan Milli Cəbhəsi
2004-02-13
İsveç-Malmö