“AMC  daha şəffaf  hədəfə doğru “

 

Günəş partiyasının sədri Mənuçehr Əzizinin müsahibəsi

                                    

Son zamanlar Cənubi Azərbaycanda soydaşlarımızın  fəaliyyəti   getdikcə artmaqdadır.  Azərbaycanın demək olar ki, bütün bölgələrində  dilimizin,tariximizin,mədəniyyətimizin bərpası naminə əzmlə atılan addımların sayı artmaqdadır. Bu hərəkatın önündə

gedənlərin sırasında “Günəş”partiyasının fəaliyyətini özəl olaraq qeyd etməliyik. Elə bu səbəbdən “Varlığın səsi“ dərgisi

Cənubi Azərbaycan “Günəş” partiyasının sədri Mənuçehr Əzizi (Haray) bəydən müsahibə almışdır.

 

Sual:-  Əzizi bəy, biz bilirik ki, artıq iki ildir, Günəş partiyası Cənubi Azərbaycanda fəaliyyət göstərir. Bu illər ərzində nə kimi işlər görülüb ?
Cavab:-
  Öncə mən vətəndən xaricdə yaşayan bütün soydaşlarımıza öz  salamlarımı və təşəkkürümü bildirirəm.

Güney Azərbaycan bu gün həssas və önəmli dəqiqələrini yaşayır. Artıq Azərbaycanımızın

hər yerində güclü hərəkat başlayıb. Elsevər oğul və qızlarımızın fədakar və qorxmaz addımları möhkəmlənməkdədir. Bu artıq açıq- aydın  hiss olurnur “ Günəş “ partiyası bu iki il ərzində Azərbaycanımızın günəşli gələcəyi naminə qəti sözünü artıq demişdir. Bir partiya olaraq məqsədimizi ilk növbədə mədəni- siyasi haqqlarımızın  həyata keçməsinə yönəltmişik və  bununla heç kimə siyasi təzyiq göstərmək istəmirik. Sadəcə olaraq 30 milyonu aşmiş bir xalq kimi ulu və tarixi xalq olduğumuzu sübut etmək, siyasi və ictimai şüurumuzun inkişafının saxlanmasını istəyirik. Bununla bağlı artıq 6-7  il ərzində durumun yaxşilığa doğru getdiyini görməmək mümkün deyil.  

Bu illər ərzində öz doğma dilimizdə  1000- ə yaxın kitab çap etməyə müvəffəq olmuşuq, 200 nəfərdən ibarət orkestrimiz yaranıb. Babəkin və Səttarxanın şərəfinə verilən konsertlər xalqa böyük təsir buraxıb və gəlblərdə sonsuz inamların yaranmasına səbəb olub.

Biz inanırıq ki,  Güney Azərbaycan tezliklə min illərin təsiri və tapdağı altından çıxacaq və bütün dünyaya öz kimliyini, mədəniyyətini tanıdacaq.

Artıq  bildiyiniz kimi 12-13 ildir ki, Babək qurultayı yaranıb. Bu qurultay xalqımızın şüur inkişafına böyük təsir buraxıb. Biz Azərbaycanımızın azadlığı naminə canından keçmiş Babəkin adını doğrultmaq üçün onun kimi qətiyyətli, əzmkar və dönməz olmalıyıq. Ən yaxın, işiqlı gələcək bizimlədir. Artıq bizə heç kim təsir göstərə bilməz. Yolumuz Babək yoludur. Yaşasın Azərbaycan!!!

Sual:- Əzizi bəy bildiyiniz kimi cari ilin mart ayının 21 də Güney Azərbaycan üzrə Azərbaycan Milli cəbhəsi yaranıb.Bununla bağlı öz fikirlərinizi söyləməyi rica edirik.

Cavab:- Bu başdan deyim ki, mən Azərbaycan Milli Cəbhəsinin məramnaməsilə tanış olduqda çox sevindim. Çünki, bu məramnamə “Günəş“partiyasının məramnaməsilə 

eynilik təşkil edir.  Bu olduqca sevindirici haldır. Məqsədlər eynidir:  Azərbaycanın qanuni hüququ bərpa edilsin, dilimiz, tariximiz, mədəniyyətimiz özümüzə qaytarılsın.   Bu yolda Cəbhə daha şəffaf hədəfə doğru irəliləyir. 

 

Ümummiyyətlə deyə bilərəm ki, siz, yəni AMC-nin yaradıcıları ağılla hərəkət edir və heç bir ehsasa yol vermirsiniz. Bu da bir daha sübut edir ki, bu təşkilata təsadüfi şəxslər qoşulmayb.  Biz gərək əl- ələ verib ilk növbədə Milli, ictimai və siyasi şüurlarin inkişafi naminə çalışaq.  Bu yol birlik yoludur. Bu yol haqq- ədalət yoludur. Odur ki, Biz Azərbaycan Milli Cəbhəsinin bu haqq yolunu dəstəkləyərək, bir partiya kimi ona qoşulub yol yoldaşı olmağa hazırıq.