Azərbaycan Milli Cəbhəsi əzmlə irəliləyir


Mir Musa Haşimi
                       Əlirza Nəzmi Əfşar

 

Cənubi  Azərbaycan Milli Cəbhəsinin təsisçiləri ABŞ-da və İsveçdə yaşayan Əlirza Nəzmi Avşar və MirMusa Haşimi iyun ayının ikinci yarısında Şimali Azərbaycanın  paytaxtı Bakıda işgüzar səfərdə olmuşlar.

Səfər zamanı cəbhə üzvüləri Azərbaycan mediasına müsahibələr vermişlər.    Həmən müsahibələrdən birini “Ayna” (zerkalo) qəzetində rus dilində çap olunan “Quzey Azərbaycanda problemler çoxala bilər” başlıği  altındakı söhbəti azərbaycan dilində “Varlığın səsi” dərgisində oxuculara təqdim edirik.

Sual:-     İranda baş verən hazırkı durum xaricdən necə görünür ?

Cavab:-  Bu gün baş verən hadisələr tarixi prosesin məntiqli nəticəsidir. Öz dövründə islam inqilabı heç nədən  cərəyan etməmişdir. Eləcə də deyə bilərik ki,  milli hərəkatin başlanması təsadüfi hal deyil. Bu da tarixin bir prosesidir. Qeyd etmək

lazımdır ki, milli maraqlar cənubi Azərbaycanda  bütün bu illər ərzində

realizə olunmamışdır, bu üzdən cənublular

hesab edirlər ki,  tam qələbə alınmayıb. Söhbət təkcə bugünki maraqların realizə

olunmamasından getmir. Hələ şah zamanından Azərbaycanlılar öz  məqsədlərinə çata bilməmişlər.

     Biz belə düşünürük ki, İran bu gün bir çox dövlətlər kimi demokratiyanın bütün  mərhələlərindən keçməlidir.  Xalqın və millətin öz haqqlarının bərpa edilməsi isə demokratiyanın əsasını təşkil edir.  Siz  özünüz şahidsiniz ki,  əski Sovetlərin tərkibində  olan xalqlar, bütün assimilyasiya cəhdlərinə baxmayaraq, öz milli haqlarını əldə edə bildilər.

Güney Azərbaycan xalqı bir  neçə gündən sonra milli qəhrəmanımız Babəkin xatirəsini qeyd etmək məqsədi ilə Bəzz qalasına toplaşacaqlar və  orada onlar öz  milli- demokratik haqqlarını tələb edəcəklər. 

Bizim təşkilat liderliyə can atmır.  Biz Azərbaycan lobbisi olaraq Güneydə gedən  milli hərəkatı hər zaman  dəsdəkləyəcəyik.

 

Sual:-  Siz qeyd etdiniz ki,  Güney azərbaycanlılar artıq dirçəliş yolundadırlar. Bütün dünyada, eləcədə, bu bölgədə gedən demokratik prosesləri nəzərə alsaq, sizcə azərbaycanlılar bu dəfə öz istəklərinə nail ola biləcəklərmi ?

Cavab:- Bu ölkədə mübarizə çeşidli ölkələrin marağı əsasında gedir.  Böyük dövlətlər bu bölgədə öz maraqlarını realizə etmək istəyirlər, amma biz heç bir xarici və daxili maraqları dəstəkləmirik. Biz inanırıq ki, demokratiyanın inkişafı davam edəcək və millətimiz öz haqqlarının bərpası naminə mübarizələrini əzmlə davam edəcək.  Lakin bu mübarizənin sonu nə ilə  nəticələnəcəyi barəsində indidən bir söz  demək çətindir.  Fırtına başlamadan onun nəticəsini görmək mümkün deyil.  Biz heç bir millətin torpaq haqqına, tarixi hüquqlarına qarşı deyilik.  Əgər bizim  lobbi milli hərəkatın düzgün addımla irəliləməsinə istiqamətləndirə bilərsə,  biz inanmırıq, dünyada elə bir dövlət tapılsın ki,  bizim elementar haqqlarımıza qarşı çıxsın.

 

Sual:-  Mahmud Əli Çehrəqanlı öz  müsahibəsində  qeyd etmişdir ki, azərbaycanlıların  milli hərəkatı üç  istiqamətdə  irəliləyir.  Bəziləri İranın unitar demokratiya,  prinsiplərini dəstəkləyir,  digərləri Güney Azərbaycanı İran tərkibində milli muxtariyyət statusunun  alınmasını istəyir,  üçüncülər isə  bütöv Azərbaycan yaranması niyyətindədirlər. Sizin  fikrinizcə  milli hərəkatın gələcək inkişafı necə  olacaq ?

Cavab:-   Biz, bu fikirlərin hamısına hörmətlə yanaşırıq. Ilk baxışda  bu gün  los-Ancelesdə oturan fars şovinistlərin indiki rejimə qarşı  çıxdıqları görünür.  Amma əslində onlar xalqı  mollaların “nacaqları” altından çıxarıb  “ət çəkən maşının” içinə salmaq istəyirlər, əlbttə ki, burda mütləq qarşıdurma, hətta qan və ölüm olacaq.  Onlar İran hadisələrini mərkəzləşdirmək niyyətindədirlər.  Biz  millətimizə ikinci dərəcəli baxanları qəbul etmirik.  Biz  heç vaxt  inana bilmərik ki, onlar İranda həqiqi demokratiya yaratsınlar.   Demokratiya pərdəsi arxasında şovinizm fikirlərini irəli  sürən hər bir kəs İranda yaşayan bütün millətin düşmənidir. Onlar ölkədə cəmi  15-16 milyonu təşkil edən farsların hakimiyyətdə  olmalarına can atırlar.

     Azərbaycanın milli muxtariyyət statusu məsələsinə gəldikdə isə azərbaycanlıların bu məsələyə necə baxdıqları  barəsində bizim əlimizdə bir məlumat yoxdur.1945-1946-cı  illərdə İranda buna bənzər strukturanın qurulmasi hamımızın yadındadır.  Və bilirik ki, Məhəməd Rza şahın dövründə bu struktura devrildi. Belə bir  muxtariyyətin qurulması yeni “rzaxanların” əmələ gəlməsinə yardım edə bilər.  

     Biz  inanırıq ki, Azərbaycan torpağı çeşidli ölkələr tərəfindən tanılacaq . Hansı yolla bunun baş  verəcəyini isə millət özü həll edəcək.  Farslar  tərəfindən təklif, olunmuş federallaşma modeli isə Azərbaycan torpaqlarının  parçalanmasına  gətirib çıxara biləcək bir tələdir.  Biz milli muxtariyyət tərəfdarıyıq.  Biz  qəbul etmərik ki,  hansı istiqamətdə olmasından asılı olmasına baxmayaraq mərkəzə bağlılıq olsun.

     Biz millətin özünün hakimiyyət qurmasının tərəfdariyıq. Biz xaricdə oturub millətə dövlət qurmaq yolunu göstərmək niyyətində deyilik.  Sadəcə olaraq  biz istəyirik ki,   kimliyimizi təyin etmək haqqımızı bərpa edək.

     Yeri gəlmişkən əgər söz  Azərbaycanın bütövlüyündən gedirsə  bu barədə Quzey Azərbaycanın mövqeyini də nəzərə almalıyıq.

 

Sual:-   İraqda baş verən hadisələr göstərdi ki,  millətin və xalqın mövqeyi hər zaman nəzərə alınmır.  Necə düşünürsüz əgər İranda hakimiyyət  dəyişərsə böyük dövlətlər kimin hakimiyyətə gəlməsini dəstəkləyəcəklər: şah tərəfdarlarının , mücahidlərin və ya  bir başqalarının ?

Cavab:-   Biz bütün İran xalqıları adından danışa  bilmərik. Ancaq qeyd etmək istərdik ki, fars şovinıstləri  nəyin bahasına olursa öz məqsədlərinə çatmaq üçün və azərbaycanlıların məğlubiyyəti naminə hər bir danışıqlara gedəcəklər. Məsələn,  ABŞ- da yaşayan və hamıya İran kompartiyasının üzvü kimi yaxşı tanınan Əli Cavadi indi bir masa arxasında  şah tərəfdarları ilə oturur şahın oğlundan müsahibə götürür və ya İranın milli cəbhəsinin nümayəndələrı ilə (hansı ki, kommunistlərın qatı düşmənidirlər) çeşidli məsələləri müzakirə edir.

     Bizim sözlərimizi Güney və Quzey soydaşlarımıza çatdırın:-  biz fars  şovinistlərin və başqalarının  əlində alət olmamalıyıq. Əgər xalq şah  rejiminin   tərəfdarı olsaydı, çoxdan ona səsini verərdi.  Əlbəttə ki,  İranda şahı təbliğ edənlər də tapılır.  Bu  ünsürlər  Amerikadakı şahpərəstlər tərəfindən maliyələşdirilir . Bu yaxınlarda ABŞ 50 milyon dollarlıq yardım onlara göndərib.

     Bu ünsürlərdən biri keçmiş şah rejiminin əməkdaşı gənclər arasında təbliğat apararaq deyir ki,  onlar çağdaş şah rejimi qurmaq istəyirlər. Bu halda qadınlar açıq – saçıq geyinəcək, gənclərin içki içməsi qadağan olmayacaq. Qoy cavanlar bu boş söhbətlərə inanmasınlar. Unutmaq lazım deyil ki, elə keçmiş şah zamanı ölkədə əxlaq pozuntuları  baş alıb gedirdi.

     Azərbaycan türkləri heç zaman hakimiyyətə can atan fars şovinistləri tərəfindən köhnə planların həyata keçirilməsinə yol verməzlər. Yaxşı yadımızdadır ki, hələ  1998-ci ilin yayında Tehranda Azərbaycan  tələbələrini araqarışdırmalara sövq etdirmək üçün böyük cəhdlər edildi və bu hadisələrdə  iştirak etmək üçün cəmi 2000 tələbə toplaya bildillər.  Tehranda 500 mindən çox azərbaycanlı- tələbələr yaşayr. Bəs niyə onlar şah tərəfdarlarını dəsdəkləmədilər?  Bu artıq nəyi isə təsdiqləyir!   Ilk növbədə azərbaycanlıların milli dirçəlişini!  Biz  istəməzdik ki, indi azərbaycanlılar hakimiyyəti bir şovinist rejiminin əsarəti altından çıxarıb, başqa şovinist rejiminin əlinə keçırməsinə yardım etsinlər. Axı artıq məlumdur :  farslar istəyirlər ki,  bizim əlimizlə öz düşmənlərini məhv etsinlər və sonrada bizim işimizi bitirsinlər.  Biz  Səttar xanın, şeyx Xiyabanının  ya Pişəvərının səhvlərini təkrar etməyəcəyik!