“ Hədəfimiz- azadlıqdır ”

AMC-nin iki üzvünün Quzey Azərbaycan və Türkiyə görüşləri


İllər boyu Güney Azərbaycanın ağır durumu haqqında çox sözlər yazılıb və deyilıb. Bu bölgədə yaşayan 30 milyondan çox azərbaycanlı vətəndaşların haqq və hüquqları İran hakimiyyətləri tərəfindən daimə təzyiq altında qalıb.
İran dövlətinin  çoxluğunu təşkil edən azərbaycan xalqının hələ bu günə qədər öz dilində nə məktəbləri var, nə müstəqil mediası, nə də azərbaycan dilində verlişləri.

 Azərbaycan xalqı öz təmkini və səbri ilə hər zaman fars xalqından seçilib. Lakin bu o demək deyil ki, bu səbr və təmkindən hər kəs xeyri üçün istifadə etsin. Artıq səbr tükənib.  Bıçaq boğaza dirənib. Azadlıq arzusu ilə yaşayan Güney azərbaycanlılar artıq öz kimliklərini təsdiq etmək üçün böyük hərəkata başlayıblar və bu yolda onlara maneəçilik törədən anti- demokratik qüvvələrə qarşı çıxmağa hazırdırlar.

    Bu bir tərəfdən sevindirici haldır Digər tərəfdən isə azərbaycan xalqının öz içərilərində ayrı- ayrı hədəflərə vurduqları da sezilir ki, bu da yenidən parçalanmağa gətirib çıxara bilər. Buna isə heç cür yol vermək olmaz. Indi azərbaycanlılar  bir yumruq olub bir hədəfə döyməlidirlər. Bu  hədəfsə “azadlıq”  deyilən bir kəlmədir.  Bununla   bağlı son zamanlar çox işlər görülüb.  Bu işlərdən  demək olar ki,  əsasını indi yeni   yaranan Azərbaycan Milli Cəbhəsi görür.

2003-cu ilin mart ayının 21- də İsveçdə yaradılan Azərbaycan Milli Cəbhəsinin  (AMC) təsisçilərindən ikisi- Əli Rza NəzmiAvşar və Mir Musa Haşimi carı ilin iyun ayının 18- də Quzey Azərbaycan

və Türkiyəyə işgüzar səfər amacı ilə yola düşmüşlər. Səfərdə məqsəd Türkiyə və Quzey Azərbaycanda yaşayan  soydaşları ilə görüşmək və cəbhənin fəaliyyəti haqqında onlarla söhbətlər aparmaq idi.

 Türkiyədə qaldıqları  bir həftə ərzində heyət üzvüləri Türkiyə universtetlərində tədris alan azərbaycan öyrəncilərilə görüşlər keçirmiş onlara son zamanlar İrandakı durumla və cəbhənin bu yolda nə kimi gördüklərı işlərlə tanış etmişlər.

öncədən imümı xəbərdarlıq verılməsədə, 40 nəfərdən çox azərbaycanlı xisusilə öyrəncilər heyət üzvülərini səmimiyyətlə alqışlamişlar.

Əfsuslar olsun ki, Ankarada adin Azərbaycanli qoyub“Azadlıq” sözünü duya bilməyən,  hələ də öz şəxsi mənafei üçün yaşayanlar var. Deyiblər: “Qurd meyvənin içindən yeyər” Ankarada keçirilən görüşlərdə maneəçilik törəmək istəyən  ünsüri heç xatirlamaq belə istəmirik. Cəbhə üzvulərini  ləkələməyə çalışan bu ünsürün səyinə baxmayaraq, haqq yoluna inananların və AMC- ə qoşulmaq arzusunda olanların sayı nəzərə çarpan qədər çoxalmaqdadır.  Bu görüşlərdən cəbhə üzvləri uğurla çixdılar və Ankaradan İstanbula, İstanbuldansa Qüzey Azərbaycanın paytaxtı Bakıya yola düşdülər.  Bakıda onlar Quzey və Güney azərbaycanlıların ayrı- ayrı nümayəndələrilə görüşdülər. Danışıqlar zamanı öz vəzifələrındən  söhbət açaraq bildirdilər ki,  AMC- Güney Azərbaycanda yaşayan soydaşlarının doğma dilində təhsil almaq hüququnun və həmin dildən dövlət səviyyəsində istifadənin təmin olunmasına, farslaşdırılmış ərazi və məntəqələrin tarixi adlarının bərpasına xalqın  hüquqlarının gerçəkləşməsi yolu ilə milli özünü təşkil və özünü idarə etməsinə nail olmaq, uğrunda çalışır.Yerli mətbuata açıqlama verən AMC üzvüləri bu təşkilatın yaranma səbəblərini açıqlayaraq bildiriblər ki,  cəbhənin müəssisləri müxtəlif qrupları təmsil edir və onların heç bir şəxsi iddiaları yoxdur.Onlar yalnız müxtəlif  qruplar arasında körpü olmaq, Azərbaycan xalqının taleyinə biganə olmayan təşkilat və insanların koalisiyasını yaratmaq  istəyirlər. Hər  iki fəal  liderlik məsələsinə toxunaraq qeyd ediblər ki, bu təşkilat xalq üzərində kiminsə üstün olmasını qəbul etmir.  AMC üzvüləri fikirlərini izah edərək bildiriblər ki, xalq hərəkatı liderlərə yox,  aşağılardan gəlmə təşəbbüsə dayaqlanırlar.

     Qeyd etmək lazımdır ki, artıq AMC üzvüləri Güney Azərbaycanda fəaliyyət göstərən partiya və təşkilat orqanlarını öz ətraflarında birləşdirmək strategiyasına  yüksək qiymət verir.  Belə təşkilatlardan biri “ Günəş “ partiyası artıq AMC- yə qoşulmaq və bu yolda onlara yol yoldaşı olmaq arzusunda olduqlarını bildiriblər.

   Uğurla nəticələnən Bakı  görüşlərində AMC üzvüləri Yazıçılar ,İttifaqının sədri Anar Rzayevlə “Ayna, qəzetinin məsulları ilə Bakı Dövlət universitinin  professoru Şahlar  Əsgərovla, xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovla və Xəzər universitetinin prezidenti Hamlet İsaxanlı ilə Turan agentliyi və Azadlıq qəzetinin məsulları ilə görüşlər keçiriblər. Görüşlər zamanı Güney Azərbaycan məsələləri müzakirə olunub. Quzey Azərbaycan soydaşlarımız AMC- nin fəaliyyətini yüksək qiymətləndirərək onlara bu yolda uğurlar arzulayıb.

     İş səfərini başa vuran cəbhə üzvüləri  iyul ayının birinci yarısında  geri qayıdıblar və istər Türkiyə və istərsə Azərbaycan görüşlərindən son dərəcə razı qaldıqlarını və bundan sonra Güney Azərbaycanın işıqlı gələcəyi naminə  daha səylə çalışacaqlarını vurğulayıblar.

 

QEYD: AMC  üzvüləri Quzey Azərbaycanda onlara köməklik göstərdiyinə   və sıx əməkdaşlıq etdiyinə görə professor Cəmil bəy Həsənliyə dərin minnətdarlıqlarını bildirirlər.