
|
Azərbaycan Milli Cəbhəsinin Təklifi Əsasnaməsi (AMC) Yurdumuz Azərbaycan dünyanın ən gözəl və zəngin qədim ölkələrindən biridir. Buna görədə qədim çağlardan böyük parlaq mədəniyyət ocağı tanınmışdır. Quzey Azərbaycan müstəqil ölkə kimi bütün sahələrdə inkişaf etsədə, ancaq Azərbaycan millətinin çoxluğun təşkil edən cənubi azərbaycanlılar, bu gün iranın siyası xəritəsində yerləşiblər və bu ölkədə yaşıyan əhalisinin yarısından çoxunu təşkil edən başı bəlalı azərbaycan millətinin qızıl çıxan torpaqları, istər tarixi, mədəniyyəti, istərsədə dili özəlliklə bu son əsirdə yadların ayaqları altına atılıbdır. Bu onu bir daha subut edir ki sistematik zid insanı metodlarla yaşadığımız çağdaş əsirdə bu millətin ulu varlığı asimilə siyasəti ilə yoxa çıxır!! Fəlakətlərə son qoymaq üçün Azərbaycan Milli Cəbhəsi vətəndaşlarımızın milli tələblərini həyata keçirilməsi yolunda çeşitli ictimai, siyasi şəxslərdən və quruplardan ibarət aşağıdakı məsələlərdə müştərək fikirlər üzərində yarandı. 1-ci maddə: Azərbaycan Milli Cəbhəsinin rəy, fikir və proqramı 12 maddədən ibarət 2003-cu il mart ayının 21 də yayılan müraciətdə qeyd olunduğu kimi aşağıda göstərilir: 1) Beynəlxalq ölçülərə dayanaraq tarixi torpaqlarımızda yaşayan hər bir insanın milli huquqlarının qorunması hər bir vətəndaşın seçim haqqının tanınması, milli quruluşlarımızın (parlament, icra hakimiyyəti və məhkəmələr) yaranması. 2) İnsan haqlarının bərpası. 3) Azərbaycan xalqının müstəqil bir millət kimi öz dil, ədəbiyyat, tarix və mədəniyyətinin qoruyub saxlanması, azadlığı yolunda iqtisadı, ictimai və siyasi sahələrin genişləndirilmədi.
2-ci maddə: Azərbaycan Milli Cəbhəsinin üzvləri, digər milli orqan və partiyalarla aşağıdakı şərtlərlə fəaliyyət göstərməlidir: 1)Siyasətdə etimad qazanmaq üçün milli dayaqlara söykənməli, yadlara bağlılıqdan uzaq olmalı 2)Demokratik prinsiplərə əsaslanıb başqalarının fikir, rəy, təklif və siyasətlərinə hörmətlə yanaşmalı 3)Azərbaycan Milli Cəbhəsinin məqsədinə nail olması üçün ən ümdə məsələ kimi milli hərəkətə inanmalı 3-cu maddə: Azərbaycan Milli Cəbhəsinin orqanları: 1) Qurultay 4-cu maddə: Qurultay -Siyasi orqan və partiyalardan seçilənlər təmsilçilərdən ibarətdir. 3 ildə bir dəfə qurultay keçirilməlidir: Birinci Qeyd:- Cənubi Azərbaycanda, ölkə xaricində, umimiyətlə dünyanın bir çox cuğrafi bölgələrində orqanizə şəklində fəaliyyət göstərən siyası partiyalar, sinfi qruplar və digər ictimai toplumlar öz təmsilçilərini qurultaya göndərməlidir. İkinci Qeyd:- Üzvlərin qurultayda iştirakları seçim prinsiplərindən asılıdır və bu sahədə şura tərəfindən müəyyən ayinnamə hazırlanmalıdır. Üçüncu qeyd:- Birinci qurultay təşkil olunana qədər təsisçilər heyəti, şuranın və icra heyətin vəzifələrini daşırmalıdırlar və uyqun zaman və məkan içərisində milli cəbhənin sağlam gücünə dayanaraq, nəhayət demokratik qurultayın rəy ilə vəzifəsini başqa vətəndaşlarına dövr edəcək. 5-ci maddə: -Milli Cəbhənin Şurası: -Umumiyətlə cəbhənin şurası 9 nəfər əsli üzv 5 nəfər ələlbədəl üzv və 3 nəfər muftişdən ibarətdir ki qurultay tərəfindən gizli rəy lə seçilib və növbəti qurultayadək vəzifə daşırmalıdırlar. Qeyd- Ələlbədəl üçün 9 nəfər əsli üzvdən sonra qalanlar 5 nəfərədək artıq rəy olanlar tərtibi ilə seçiləcəklər. Əks təqdirdə ələlbədələr üçün yenidən rəy alınacaq. -Milli Şuranın vəzifələri: 1) Qurultayın seçdiyi istratijiyə nizarət etmək 2) İcra heyətin təkliflərinə qərar vermək 3) Sinfi və siyasi cəmiyyətlərin və partiyaların üzv olmasi ilə bağlı qərar vermək 4) Şuranın və başqa orqanların rəy və təkliflərinə qərar vermək 5) Test və araşdırma komissiyasını yaradmaq 6) Şuranın adı iclası ayda bir dəfə keçirilməli və icra heyətin bu iclaslarda iştirakı önəmlidir. 6-ci maddə: İcra Heyəti - Bu orqan qurultay tərəfindən seçilir və növbəti qurultayadək öz fəaliyyətini davam etməlidir. - İcra heyətin vəzifələri: - İcra heyəti bir başa azərbaycan milli cəbhəsinin qanunu təmsilçisidır və onun vəzifələri aşağıda qeyd olunuur: 1) Qurultayın qararına əsaslanaraq mübarizə, istiratiji və taktiklər yolun seçməsi. 2) Orqan və təşkilatlarda fəallıq göstərənlər arasında vəzifə bölgüsünün aparılması 3) Bütün maliyə xərclərinin büdcəyə görə irəli aparılması və ilk büdcə proqramın şuraya təqdim edilməsi 4) İcra heyətinin və onun təşkilat orqanlarının icra prinsiplərinin həyata keçirilməsinə məsulaşdırmaq. 5) Milli şuranın qararından sonra mövcud platforma içərisində ayrı-ayrı şəxslərlə, siyasi qruplarla, ha belə ictimai təşkilat və orqanlarla əməkdaşlığın aparılması. 6) Bütün danışıqların, qararların və xərclərin protokolun hazırlayıb, müntəzəm şəkildə saxlanması. 7) İllik raportun şuraya təqdim edilməsi umdə məsələ kimi qurultayın qarşısında məsuliyyətin daşınması. 8) İcra ediləcək fərmanların təşkilat və orqanlara göndərlikdən sonra nizarətin edilməsi. 9) Vəzifə daşıyan orqanlara icra heyətinin nizarəti altında olmalı A) Təşkilat: - Üzvlər qəbul etmək, orqanlara təşkil edildikdən sonra bu orqanlar arasında əlaqələrin və maraqların yaradılması B) Təlimat: Bu orqanın vəzifəsi cəbhənin siyasi və ictimai sahələrində, eyn zamanda gündəlik məsələlər və cəbhənin mübarizə yolu ilə bağlı bilgi verməkdir P) Rabitə və Nəşriyyat: Bu orqanın vəzifəsi cəbhənin həm daxilində və həmdə xaricində azərbaycanlılarla və həmçinin dünya azərbaycanlıları ilə əlaqə yaratmaqdır -Bəyannamələr, qəzetlər və digər nəşriyyatlar icra heyəti tərəfindən hazırlanıb yayılmaqdır. müsahibələr, konfransları hazırlamaq və çeşitli vasitə ilə cəbhənin siyasi fikirlərin və proqramların yaymaq T) Maliyyə: -Bu orqanın vəzifəsi büdcəni hazırlamaq və müəyyən qaynaqlardan maliyyə yardımı almaqdan ibarətdir. S) Mərkəziyyət (Dəbirxana): Vahidlər arasında əlaqə yaratmaq və icra heyətin qərar və nəzərlərini digər orqanlarda çatdırmaq və sənədləri saxlamaqdan ibarətdir. 7-ci maddə: Təhqiqat - Bu orqanın məsulu (sorumlusu) milli şura tərəfindən seçilir və vəzifələri aşağıda ibarətdir: 1) İcra proqramların təşkili və onun sərəncam raportlarının şuraya təqdim edilməsi. 2) Orqanlarda namzəd olanların səlahiyyət verdikdən sonra raportları icra heyətinə təqdim etmək. 3) Şəxslərin səlahiyyətlərin müəyyən mərhələdə hazırlamaq. 4) Şəxslərin və cəbhənin işləri haqqında tənqid, şikayətlərin nəticələri haqqında raportları məsuliyyət daşıyanlara təqdim etmək. 5) Bütün vəzifələr və səlahiyyətlət haqqında təhqiqatla bağlı prinsip proqramı hazırlayıb, qərar çıxarılması üçün şuraya təqdim etmək. 6) Səmərəli sənədlər və mədrəklərin mənbəin tanımaq, daxildə və xaricdə olan qruplara şamıl olan sənədləri (Mətbuat, Nəşriyyat) toplayıb və faydalanmaq. 8-ci maddə: Üzvlük, Onun şərtləri və huquqları 1) Rəsmi üzvlər milli cəbhənin təşkilat orqanı tərəfindən üzv olanlardır, üzvlər aşağıda göstərilən şərtləri riayət etməlidir: A) Milləti azərbaycanlı və 18 yaşından yuxarı olmalı B) Milli cəbhənin əsasnaməsini qəbul etmək P) Kənar təşkilat və partiyalarda üzv olmamalı T) Kriminal işlərdən uzaq olmalı və cəbhənin prinsiplərin riayət etməli S) Üzvlük haqları vaxtında ödəlinməli. Üzvlüyə qəbuldan sonra həmən şəxsə təşkilat tərəfindən üzvlük kartını təqdim etməli C) Üzv əsasnamə üzərində davranışmasa aşağıdakı kimi cəzalanacaqdır Şifahi ixtar-kətbi ixtar-vəzifədən çıxarmaq- üzvlükdən bir il kənara (müəlləq) saxlamaq və üzv huquqlarından məhrum etmək-üzvlüyün ləğv etmək. 2) Quruplar: Quruplar üç cur olaraq rəsmi üzvlərdən, bağlılardan və himayədarlardan ibarətdir. 3) Rəsmi üzvlər: Siyası, ictimai və iqtisadı proqramların hazırlamasında öz fikir və rəylərinə söyləyən və digər üzvlərin təkliflərinə qarar verə bilər. 4) Bağlılar İctimai, siyasi və digər mübahisəli məsələrdə fikir ayrılığı olursada, cəbhənin umumi istiratijisini irəli aparılması göstərməlidir. 5) Himayədarlar Öz nəzər və diqqətlərini yurutmədən milli cəbhənin proqramlarını himayət edirlər. Bu quruplar cəbhənin keçirdiyi iclaslarda və çixan qararlarda iştirak etmək huququna malik dəyillər. 9-cu maddə: Dünyanın çeşitli yerlərində milli cəbhə nümayəndəliklərinin təşkili (İcra heyəti, şəhər komitəsi, şuradan ibarətdir) 1) Öz üzvlərindən çeşitli yerlərdə müvəqqəti icra heyəti yaradılması. Bu orqan milli cəbhənin əsasnaməsı üzərində gündəlik işlərinin məsulu olacaq. 2) Şuralar -Müvəqqəti icra heyəti geniş elmi fikirləri olan səlahiyyətli şəxsləri toplamaqdan ibarətdir. Şura icra heyəti ilə məsələləri məşvərət etdikdən sonra öz nəzərini söylüyə bilər. Şuranın tərkibi milli cəbhənin bölgədə mövcud olan üzvlərinin sayından asılıdır və onların sayı 10 nəfərdən artıq olması heyət qararından asılıdır. Şuranın ixtiyarı və nizamı, cəbhə mərkəzindən elan olunmalıdır. 3) Üzv olmaq şərtləri - Üzv olmaq icre heyətinin və ya bölgədəki komitənin ixtiyarında olan, aşağıdakı şərtlərə söykənməlıdır: A) Könüllülər ərizə yazmaqla maraq göstərir. B) Könüllülər 2 nəfər rəsmi üzvlərin təsdiqi gərəkdir. P) Təşkilat orqanı 8-ci maddəni nəzərə tutaraq yeni üzv haqqında bilgi topladıqdan sonra qarar verməlidir. Gərək olursa yerli icra heyətin digər üzvlərin nəzərin eşitidkən sonra, bu üzvlərin səlahiyyəti haqqında fikir söylüyə bilər. T) Müəyyən mərhələdən sonra yeni təşkilat orqanı tərəfindən ərizələr mərkəzi şuraya göndərilir və həmin şəxslərə üzvlük kartları təqdim olunduqdan sonra iclaslarda iştirak etmək üçün səlahiyyət verilir. 4) Maliyə -Bütün maliyə məsələri mərkəzi orqanın əsasnaməsi üzərində həyata keçirildikdən sonra, sənədlər mərkəzi şuraya göndərilməlidir. Bütün gəlir gətirən mənbələr (Kansertlər, sərgilər və sairə....) mərkəzi şuranın icazəsi ilə həyata keçirilir. 5) Rabitə və nəşriyyat - Milli cəbhənin maraqlarını ihatə etmək üçün əlaqələrin bütün bölgələrdə rabitə, nəşriyyat, radyo və sairə....orqanlar milli cəbhənin istiratiji çərçivəsində icra heyətinin tərkibində fəaliyyət göstərməlıdır. Yerli əhalının dilində müsahibələrin, verilişlərin keçirilməsi yalnız icra heyətinin qararından sonra həyata keçə bilər. Məhəlli konfranslar: Milli cəbhənin məhəlli konfransları ildə bir dəfə təşkil olur, həmbəstə quruplardanda bir nəfər rəsmi məktub ilə tanınıb və iştirak edə bilər. 6) Seçkilər Əgər yerli üzvlərin sayı 50 nəfərdən az olursa bütövlüklə iştirak edə bilər. Sayılar 50 nəfəri keçirsə o zaman hər 10 nəfər öz arasında bir nəfəri seçib nümayəndə kimi göndərə bilər. 7) Yerli konfransın vəzifələri Şura və icra heyətinin raporunu dinləmək, milli cəbhənin amaclarını həyata keçirmək üçün sağlam fikir söyləməklə yeni icra heyətinin və ya şuranın seçilməsi. 8) Konfransın fövquladə keçirilməsi Əgər yerli icra heyəti öz vəzifəsinin öhdəsindən gəlməsə və ya istifa edərsə, habelə milli cəbhənin istiratijisinin düzgün istiqamətdə yönütməsə, belə təqdirdə yerli şura milli cəbhənin mərkəzinə xəbərdarlıq etməli və prinsiplər çərçivəsində yeni icra heyəti seçilməlidir. Yeni icra heyəti seçilinə qədər mərkəziyyət tərəfindən bir neçə nəfər səlahiyyətli şəxslərə yerli icra heyətinin fəaliyyətini davam etdirmək üçün müvəqqəti huquq verilir. 10-cu maddə: Məsuliyyətdən çəkilmək - Məsul üzvlərin hər biri aşağıda göstərilən məsələrə görə öz səlahiyyətlərindən uzaqlaşdırılır 1) İstifa etmək və bu istifa icra heyəti tərəfindən təsdiq olunması 2) Əgər məsul üzv müsafirətə gedərkən yerli icra heyəti bir ay öncə xəbər verməsə 3) Əgər adıcıl olaraq üç dəfə iclaslarda iştirak etməzsə 11-ci maddə Bu əsasnamə 11 maddədən ibarət olaraq azərbaycan milli cəbhəsinin müəssəs heyətinin 2 may 2003 tarixindəki iclasında təsvib olunub. İzah: Bu əsasnamə orjinal ilə muqayisə və eynidir. Başqa nüsxə ilə fərqli olursa etibarsiz sayılacaq.
Azərbaycan Milli Cəbhəsinin Fərmanı (AMC) A) Giriş: Azərbaycan Milli Cəbhəsi (AMC) fəaliyətində məqsəd cənubi azərbaycanlı, habelə iranın başqa bölgələrində yaşayan azərbaycanlıların asimilasıya durumundan qurumaqdır. Bunun üçün ümdə məsələ vətəndaşların milli huququ qurunmalı və onların hər birinin seçim haqqı tanınmalıdır. Milli quruluşlar, o cümlədən(Parlament, icra hakimiyyəti və məhkəmələr) bərpa edilməlidir!! B) Siyasi Proqram: Azərbaycan millətinin parlaq tarixi və keçmiş təcrübələri bizim bu proqramın əsas təməlin təşkil edir və biz bu cənbələrin ən yaxşısın, Vətənpərvərlik, Azadlıq, Tərrəqixahlıq və Ədalətpərvərlikdən sisayi fikirimizi yaradmışıq. Vətənpərvərlik: Azərbaycanı və onun milllətini sevmək deməkdir. Bu öz milli kimliyimizə fəxr edib və qoruyuruq, Umumiyyətlə millətimizin haqq və huququndan müdafiə etməkdən kəsərli silah sayılır. Azadlıq: Bütün sahələrdə insanın inkişafı üçün yardımcıdır və buna görə hər vətəndaşın huququn qurumaq üçün siyasi təfəkkürün başında durmalıdır. Tərəqqixahlıq: Hər tərəfli iqtisadi, siyasi və fərhəngi tosəə və inkişaf üçün milli təəhud sayılır və bir milləti geri qalmaqdan nicat verər və gələcəkdə inkişaf qapıların açmaqda və ölkənin abadlaşmasında və vətəndaşların bilgi və rifahları özərində önəmlidir. Ədalətpərvərlik: Bu demək dir ki insanlarda istedadı çiçəkləndirir, bərabər olmamaqları tədil edər insanların gələcəyin təmin etməklə inkişaf qapıların onların özünə açmaqda böyük rol oynar. Yuxarıda qeyd olunan ərzişlər üzərində aşağıdakı prinsiplər siyasi proqramımız ünvanı ilə elan olunur: 1) Güney azərbaycanın torpaq bütövlüyü tarixi sərhədlərinin içərisində , milli dövlətimizin quruluşu və milli varlığımızdan müdafiə etmək. 2) Birləşmiş millətlətin qanunkarı üzərində cənubi azərbaycanlılar azad seçgilərlə öz talelərin özləri seçməyə azaddılar. 3) Cənubi azərbaycanlıların müqqədəratları yalnız öz iradələri ilə əldə edilməlidir. Başqaları onlara təsmim tutmaq haqları yoxdur. Bu o huquq deməkdir ki birləşmiş millətlərin bəşər huquqları qanunlarında və siyasi huquq, mədəni, iqtisadi, ictimai və fərhəngi anlaşmalarında tosif olunmuşdur və ona şamildir ki bütün can və mal qanun pənahında qorumaq dövlətin vəzifələrindəndir və həmçinin həd əgəl həyat şəraiti insani huquqlarını nəzərdə alaraq umum xalqa təmin olmalıdır. 4) Bütün vətəndaşlar qanun qarşısında bərabər huquqa malikdir və heç qom, dini, cinsi ya təbəqatı üstünlük olmamalıdır. 5) Sisayi partiyalar və işçi, sinfi toplumlar hər əqidədə olursa olsun azaddılar. Qanun onların huquqların qorumaqda hakimdir. Bütün mətbuat, nəşriyyat, radyo və televizyon azad olmalıdır və onlar üçün müəyyən qanunlar tədvin olmalıdır. 6) Azərbaycan türkçəsi milli və rəsmi dil olacaq və azərbaycanda yaşayan etnik qurupların azlığına baxmayaraq ana dili, tarix və mədəniyyətlərinin inkişafi üçün imkanlar yaranacaq. 7) Məhkəmə kadrları məzhəbi və siyasi təşkilatlardan asılı olmadan, müstəqil fikirləri olmalıdır. 8) Kənd təsəruffatı (Əkincilik) və kəndlərdə sənət və xədəmatı artırmaqla zəmanət oluna ki bütün istihsal inkişaf edə və bu sahədə artıq etibar və yayın şəbəkələri və yollar üçün addımlar götürülə. 9) Sisayi, ictimai və bütün sahələrdə cinsiyyət (Xanım, Ağa) üstünlüyü olmadan hamı bərabər huquqa malık olmalıdır. Ailələrdə xanım və ağanın bərabər huquqa malık olması, ailənin möhkəm və səmimi olmasında və uşaqların düzgün tərbiyətində artıq rolu olar. Həmçinin dövlət artıq imkanat yaradmaqla uşaqları saxlamağa və tərbiyyət etməkdə və xanımların camiyyətdə fəal olmaqlarında yüksək rolu olacaqdır. 10) Uzun illərdir azərbaycan sinema və tiyatro və sairə elmi və hünər sahələrində zərbələrə məruz qalmış və bu əhəmiyyətli işlərdə bütün dəyərli hünərməndlər və mütəxəssislərin çalışmaları zəruri olacaq, habelə xəllaq quvvələr üçün imkanat yaranmalıdır. 11) Artıq üstünlük müarif üçün xususi ilə ana dilinin inkişafı uğrunda verilməlidir. 12) İqtisad, ticarət və sənət və .....Ətraf muhitin təmizliyini qorumaqla inkişaf etməlidir. Bütün su, torpaq, orman (meşələr) və şəhərin havasının təmiz saxlanmalı və aradan getməkdən qorunmalıdır. 13) Milli gəlirlərin və xədəmatın adilanə bölünməsi və təbəqatı fasilələri şəhərlər və kəndlər arasında azatmaq işsiz, nəqs üzv olanlar, əməkli, xəstələr, sərpərəstsizlər ailə və uşaqlardan himayət etmək və umumiyətlə rifah və yaşayış səviyyəsinin qaldırıb bir milli tədbirlər içərisində zəruridir. 14) Şəhər-kənd və yolların müasir şəkildə abadlaşması və yoxsullara məskən tikilmə məhs abadanlıq proqramlarının içində olmalıdır. 15) Azərbaycanlılar ki İran-Əraq savaşında və ya başqa hadisələrdə can və mal ziyanlarına məruz qalmışlar, müəyyən qaynaqlardan onların həyatları yaxşılaşması üçün himayət olunmalıdır. |