|
Hörmətli həmvətənlər!
Azərbaycan Milli Cəbhəsi yarandı!
Dünyanın dört tərəfində yaşıyan milli haqları uğrunda, milli mədəniyyəti
yolunda, milli azadlığı üçün canından, varından keçmiş bir qrup
azərbaycanlı üç ildirki bu məsləkə mübarizəyə başlayıb azərbaycan milli cibhəsi
üç illik gərgin əməyin, yuxusuz gecələrin, əzablı günlərin bəhrəsidir. Yüzlərlə
kilometr yol keçmiş, yüzlərlə saat telefon danışıqları, yazışmalar, saysız
toplantılar keçirilib. Nəhayət, müzakirələr öz nəticəsini verdi.
Bu
saatlarda cənubi azərbaycanda, birləşmiş millətlər təşkilatında, avropada,
təhlukəsizlik və əməkdaşlıq təşkilatında, amerikanın sinasında, dünyanın ən
böyük insan haqları qurumunda, bütün açıq saytlarda müraciət və bəyanatlarımız
yayılır. Bütün qulaqlar "Azərbaycan" eşidir, Bütün dillər "Azərbaycan deyir,
bütün gözlər "Azərbaycan" görür.
Azərbaycan milli cibhəsi milyonlar vətəndaşlarımızın haq səsini göylərə
qaldırıb, bizi eşitmək istəmiyən, bizim milli varlığımızdan, dilimizdən, tarix
və mədəniyyətimizdən qobaranlarda bu səsi eşidəcək.
Əziz
soydaşlarımız, bu cibhə sosyal vəziyyətindən, mallı durumundan, cinsi
(xanım,ağa) dan asılı olmayaraq hər bir azərbaycanlının cibhəsidir. Bu cibhə
bizimdir.
Xalqımızın ən əziz bayramı, Novruz bayramı günündə hər birimiz üçün xoş xəbər,
mujdədir. Öz cibhənizin sıralarında gəlin, onu müdafiə edin, qoruyun,
azadlığınıza, milli hakimiyyətinizə qoşulun.
Bu yolda
hər birimizə müvəffəqiyyət arzulayır, gələcəyə sönməz umid ilə sizlərə
güvənirik.
Azərbaycan Milli Cəbhəsi
2003-03-21
İsveç-Malmö

|