Azərbaycan Milli Cəbhəsinin Nuvruz bayramı münasibət ilə təbriki

 

Əziz həmvətənlər!

Millətimizin ən əziz və qədim bayramı olan Nuvruzun gəlişi ərəfəsindəyik. Nuvruz aydınlıqdır, duruluqdur, yeni əhval və ruhiyyədir. Il fəsil kərvanının qədəmlərinə səpilən bir dolça nurdur Nuvruz. Hələ çox qədimlərdən insanlara bütün ilin necə keçəcəyini Nuvruzun gəlişi ilə əlaqələndirirdilər.

Azərbaycan Milli Cəbhəsi (AMC) bu əziz gündə millətimizin sevincinə şərik olur. Bu əziz gün münasibəti ilə Bütün vətəndaşlarımızı ürəkdən təbrik edir və yeni ilin, Millətimizə xeyirli, uğurlu olmasını arzu edir.

Bildiyiniz kimi, illərdir ki, xalqımızın igid və fədakar evladları milli- mədəni huquqları uğrunda yorulmadan çalışırlar və bu günə dək ağır itkilərə məruz qalaraq, hələdə neçə- neçə Jurnalistlərimiz, ictimai, elm və mədəniyyət xadimlərı qaranlıq zindanlardadır. Bu acı hadisələr hamımızı kədərləndirir. Ancaq İranda qeyri demokratik qüvvələrin təzyiq və basqılarına baxmıyaraq, milli mübarızə, mədəni şəkildə davam etməkdədir.

AMC, əmindir ki, o gün gələcək bütün Azərbaycan milləti Bahar bayramın gəlişini yurdumuzun uca dağları başında “Dədə Qurqut” tonqallarını yandıraraq, xalqımızı təbrik edəcək. Bir daha bahar bayramınızı, yeni il ilə birgə mübarək olsun deyirik və şərəfli mübarzədə hamınıza uğurlar olsun!

 

Azərbaycan Milli cəbhəsi (AMC)
2011.03.18
Malmö- İsveç