|

Azərbaycan Milli Cəbhəsinin irandakı 10-cu
prezident seçkiləri haqqında müraciəti!
Əziz
Vətəndaşlar!
Seçki vəzifə dəyil, haqqdır!
Demokrasinin
çiçəklənməsi hər bir hakimiyyətin insan huquqlarına səmimi hörmətlə
yanaşmağından ortaya çıxır. Vətəndaş huquqlarına gəldikdə, demokratik
huquqlarına əsaslanarkən, xalq, hakimiyyətə xidmət etmək üçün deyil, bəlkədə
hökümət xalqa xidmət etmək üçündür. Beləliklə xalq demokratik dövlətin təbəəsi
yox, ancaq vətəndaşı sayılır və oracan ki, dövlətlər millətlərin huquqların
təmin edir. Vətəndaşlar, dövlətə sədaqətlə yanaşır, amma istibdad hakimiyyətlər
qarşısında, millətlərin boynuna belə bir vəzifə düşməyir. Elə buna görədə
seçkilərdə iştirak etmək vəzifə dəyil, bəlkə haqqdır və bu haqq bir demokratik
hakimiyyətdə əda olarkı, vətəndaş! Bütün insanı və milli huquqlarına malık
olsun.
31 ildir ki, İslam hakimıyyətinin apartaid siyasəti Azərbaycan
türkünü öz milli varlığından uzaqlaşdıraraq, dözülməz vəziyyətdə yaşamağa məhkum
edmişdir. Yüzlərlə
acı hadisəni
bir daha xatırlamağa gərək yoxdur. Ancaq, 2006-ci il may ayının 22 sində 35
şəhər və şəhərcikdə xalqımızın haqq səsləri qanla boğuldi. Hələ də Azərbaycanın
milli və mədəni fəallarına divan tutulur.
Nəhayət, Anayasanın qanunlarini icra etmək məqsəd
ilə "Azərbaycan naminə"
ilk dəfə olaraq
,2009-ci il mart ayının
10 da Təbrizdən cumhur başqanlığına soydaşımiz Əkbər Ələminin namzədliyi irəli
sürüldü. Mövcud rejimin Əkbər Ələmi cənablarına səlahiyyət verilməməsi təsadüfı
hal deyil. Məhz İslam adı daşıyan
rejimin apartaid siyasətinin dəvam etməsi aydın
görünür.
Əziz Vətəndaşlar!
Prezident seçgilərinin
10-cu ərəfəsindəyik. Bütün faktları nəzərə alaraq,
Milli varlığından məhrum olan azərbaycanlılar
daha bu gün ana yasasının müəyyən maddələrini həyata keçirmək arzusunda deyil.
Onların hakimiyyətlərə etimadsizlığı, öz-özlərinin müqəddəratını əldə etmək
fikri, ciddi şəkildə gündəlik məsələyə çevrilməsinə səbəb olmuşdur.
AMC, əziz vətəndaşlarımızı və qayğıkeş bacı və qardaşlarımızı, milli etiraz
olaraq, prezident seçkilərinə qatilmamağa çağırır. Inanırıq
ki, bu mədəni mübarizəmiz nəticəsində milli huquqlarımızı əldə etməyi layiqincə
bacaracayıq!
Azərbaycan Milli cəbhəsi (AMC)
2009.06.06
Malmö- İsveç

|