|


Azərbaycan Mİlli Cəbhəsinin Novruz bayramı təbriki
Əziz həmvətənlər!
Qara qışın ömrü artıq sona çatıb. Novruz bayramı və yeni ilimiz
artıq qapılarımızı döyməkdədir. Millətimizin ən əziz və qədim bayramı olan
novruz aydınlıqdır, duruluqdur, yeni əhval və ruhiyyədir.İl, fəsil karvanının
qədəmlərinə səpilən bir dolça nurdur. Hələ çox qədimlərdən insanlara ilin necə
keçəcəyini novruzun gəlişilə əlaqələndirirdilər.
AMC, Bu əziz gündə xalqımızın sevincinə şərik olur və bu münasibətlə bütün
vətəndaşlarımızı ürəkdən təbrik edir və yeni ilin millətimiizə xeyirli, uğurlu
olmasını arzu edir.
30 ildir ki, İran İslam rejiminin qeyri demokratik davranışları islam namınə
davam edir. Təəssüflə vətəndaşlarımızın iqtisadi, ictimai, siyasi və mədəni
durumu daha aşağı səviyyəyə enmişdir. Hakimiyyət tərəfindən xalqa göstərilən
ağır işkəncələr, edamlar və başqa bu kimi qeyri insani hərəkətlər hələ də davam
etməkdədir. Elə buna görə də hakimiyyət, xalqın inamını heç vaxt qazana
bilməyəcəkdir.
Əgər İran İslam rejimi öz xeyrini güdmək məqsədilə müxtəlif səylər göstərirsə,
bu onlara ancaq qısa bir zaman üçün kömək edə bilər.
Amma heç vaxt istismar altında yaşayan bir xalq, öz mənfəətlərini həyata
keçirmək və bu yolda qeyri demokratik üsullara əl atan hakimiyyətə qarşı hər
zaman barışmaz olacaqdır. 2006-ci ilin may ayinda Azərbaycan xalqının qiyamı,
İranda yaşayan digər millətlərə və dünya qüdrətlərinə, habelə mövcud rejimə bir
daha sübut etdi ki, azərbaycanlılar həqiqətən güclü demokratık idarəçilik
bacarığına malıkdır.
AMC neçə illərdir ki, cənubi Azərbaycan xalqının acınacaqlı durumununu görür və
İran hakimiyyətin bu xalqa qarşı törətdiyi qeyri demokratik hərəkətlərini dunya
ictimaiyyəti qarşısında ifşa edir. Artıq bu yolda müsbət addımlar atılmaqdadır.
Ümumiyyətlə soydaşlarımızın arzu və istəklərini həyata keçirmək amacı bu gün
bütün düşüncə və duyğuların birləşməsinə və milli azadlıq uğrunda səfərbərliyə
gətirib çixarır. Bu bizim məqsədimizdir.
AMC əmindir ki, gün gələcək bütün Azərbaycan xalqı bahar bayramının gəlişini
yurdumuzun uca dağları başında Dədə Qorqud tonqallarını yandıraraq
soydaşlarımızı təbrik edəcək.
Bir daha Bahar bayramınızı və yeni ilinizi təbrik edirik və bu şərəfli
mübarizəmizdə qoy hamımıza uğurlar olsun!!
Azərbaycan Milli
Cəbhəsi (AMC)
18-3-2009
İsveç- Malmö
 |