|
Bildiriş 2006-cı İl may ayının 22- də Güney azərbaycanlıların milli və mədəni hərəkatın səsini qanla boğmağa çalışan İran İslam hakimiyyəti, bu ildə öz çirkin əməllərindən əl çəkməyərək, öncədən tədarük görmüşlər. Belə ki, cari il may ayının 22- dən öncə, Azərbaycan milli hərəkətın qarşısını almaq məqsədilə, Azərbaycanın bir çox bölgələrində hakimiyyət qüvvələrinin yerləşdirilməsi və bununlada öz mənfur planlarin həyata keçirmək cəhdləri buna bariz sübutdur. Azərbaycan milli hərəkatın bir çox fəalları bu ərəfədə , hakimiyyət tərəfindən tutularaq zindanlara salınıb və ağır işgəncələrə məruz qalıb. Amma mətin Azərbaycan millətinin milli fəalları bütün çətinliklərə baxmayaraq Bu çətin bir dövrdə səbr və təmkinlik göstərərək ciddi şəkildə bəşər hüqüqlarına zid çixan qanunlara qarşı öz etirazlarını bildirməkdən çəkinmirlər və öz pirinsiplərində sarsılmazdırlar. Azərbaycan milli cəbhəsi, İran hakimiyyətinin bu antidemokratik keyfiyyətlərini məhkum edərək bildirir ki, İran rejimi bəşər hüqüqlarına zidd münasibət göstərir. bütün bunlarla yanaşı hakimiyyət, Azərbaycan türklərinin milli hüqüqların inkar etməkdə və onları apartayd siyasətilə əritməkdə qararlıdır. beləliklə Azərbaycan millətinə qarşı təhdidlərin və təzyiqlərin artmasına şərayit yaradır. Təəssüflə qeyd edilməlidir ki, İran hakimiyyətinin bu çirkin siyasətini dəstəkləyənlər arasında Azərbaycan adi daşayan manqutlarda vardır. Görəsən, Azərbaycan torpağından, suyundan, çörəyindən və bir çox zəngin imkanlarından faydalanan və vəzifə naminə, rütbə naminə hakimiyyət dairələrinin mənfur planlarına baş əyən və onlara bu yolda qul olan manqurtlar gələcəkdə yeni Azərbaycan nəslinin qarşısında hansi üzlə çixacaqlar? əminik ki, bu suallar öz vaxtında cavabını tapacaq. Hələlik isə bu qədər ... İndi farsdilli media işçiləri istər daxildə, istərsədə xaricdə Azərbaycan hərəkatını baykot etmələri, insan hüquqlarının guya müdafiəsinə təminat göstərən orqanların heç bir reaksiya göstərməməkləri olduqca müəmmalıdır. Azərbaycan Milli cəbhəsi, bir daha Azərbaycan millatinə bu şərəfli yolda dəstək olaraq, xalq hərəkatının tezliklə azadlıq qapılarının açacağına və milyonlarla soydaşlarımızın səadətinin bərpa olacağına inanır. Azərbaycan milli cəbhəsi, 2006- ci ilin 22 may hadisələrinin müsbət faktorlarını dəyərləndirərək aşağidakıları qeyd edir: - 22 may, Azərbaycan milli hərəkatını çağdaş əsirdə, Azərbaycan türkü adılə tanitdi. - 22 may, Azərbaycan milli hərəkatı Güney Azərbaycanda mərkəzləşdiyini sübut etdi. - 22 may, Azərbaycan millətinin özü öz taleyini həll etməyə qadir 0lduğunu sübut etdi. - 22 may, İran adlı siyasi orqan və təşkilatları kölgədə qoydu. - 22 may, Azərbaycanlıların milli varlığına xor baxanları ittiham etməyə bacardı. - 22- may, Azərbaycan millətinin milli şüurunun daha da sürətlənməsində və bununlada əsarətə son qoyaraq qurtuluşa çatmağa bir ciğir açdi. Azərbaycan milli cəbhəsi, birləşmiş millətlər təşkilatlarına və ümum dünya insan haqlarımüdafiə təşkilatlarını, Azərbaycan millətinin haqqlarının tapdalanmasının qarşısını almağa çağırır. Və zindanlara salınmış soydaşlarımızın, tezliklə şərtsiz azad edilməsini tələb edir.
Azərbaycan Milli Cəbhəsi |