|

Baş
Sağlığı
Əzizim ulu dağlar
Çeşməli sulu bağlar
Burda bir qərib ölüb
Göy kişnər bulud ağlar
Dil və ədəb bağçamızın güllərindən biridə soldu!
Azərbaycan xalqının görkəmli alımı, Ustad
məhəmməd Əli Fərzanə, 2006-ci ilin yanvar ayının 17 sində, vətəndən minlər
kilometr uzaqda, İsveçin Göteborg şəhərində həyata göz yumub, dünyasını dəyişdi.
Azərbaycan milli cəbhəsi, dərin hiss ilə bu matəmdə özünü şərik bilir və ulu
tanrıdan, onun hörmətli ailə üzvlərinə və bütün azərbaycan millətinə baş sağlığı
deyir. Ruhu şad olsun!
Azərbaycan Milli Cəbhəsi
2006-01-18 Malmö-İsveç
|