|
Azərbaycan Milli Cəbhəsinin novruz bayramı münasibəti ilə təbriki Əziz həmvətənlər!
Mİllətlərin tarixində elə əhəmiyyətli günlər var kı, mahiyyəti
etibari ilə millətin milli ruhu ilə eynləşmişdir. Millət öz hallalıq anlayışını,
durustluq və sevinc hisslərini bu günə yükləmişdir. Min illər boyunca millətin
tarixi xatirələrində yaşayan bu günlər milli kimliyin əmələ gəlməsindədə müsbət
rol üstlənir. Məsələn bir millətin bağımsızlıq günü bu növ önəmli günlərdən
birisidir.
Ortaq türk tarıxının və mədəniyyətinin rəmzlərindən biri olan bu günlərin biri
də
Novruz bayramıdır. Təbiətin təzələnməsi ilə eyni zamanda insanların
münasibətləridə təzələnməli və köhnə ildəki xoşa gəlməz hadisələr yeni ilə
daşınmamalıdır. Köhnə ildə qumulub qalmalıdır. Bu səbəblədə novruz bayramı ilə
bağlı olaraq türk dünyasında, özəliklə (xususi ilə) azərbaycanda bir çox xalq
deyimləri, rəqslər və oyunlar yaranmışdır. Bütün bu ənənələrimizin kökü isə
azərbaycanın əski
(qədim) tarixinə dayanmaqdadır. Azərbaycan Milli Cəbhəsi novruz
bayramının azərbaycan tarixindəki əhəmiyyətinin fərqində olaraq bu əziz gündə
millətimizin sevincinə şərik olur. Bu əziz gün münasibəti ilə millətimizi
ürəkdən təbrik edir
və arzumuz budur ki, yeni ildə xalqımıza ancaq xoş günlər
nəsib olsun. Qarabağdakı, Güney Azərbaycandakı dərdlərimiz həll olsun, başqa
tərəqqi etmiş xalqlar kimi bizdə fəravan yaşayaq. |