|
Bildiriş "Azərbaycan sakit bir diyardır, lakın onun dəhşətli tufanı qalxdıqda dünyanı öz gürültüsü ilə doldurar və bəşəriyyəti düşünməyə vadar edər. Buda tarixin şahıd olduğu böyük işlərdəndir” Mir Cəfər Pişevəri Hörmətli vətəndaşlar! Tarix həqiqətin canlı şahididir. Bu gün, Azərbaycan milli hökümətinin 60 illik dönümü ərəfəsindəyik. 1324-cu günəş ilinin 21 azər günü azərbaycan xalqı, tehranda yuva salan mərkəzi hakimiyyətin milli zülmü qarşısında ayağa qalxdı və millətimiz, mübarizə nəticəsində, Azərbaycan demokrat firqəsinin qocaman rəhbəri, Mir Cəfər Pişevəri və onun məsləkdaşlarının rəhbərliyi altında, möhkəm iradə ilə, milli isarətə son qayaraq, özü-öz müqqədəratına hakim oldu. Biz şanlı və şərəfli gün münasibəti ilə bütün vətəndaşlarımızı təbrik edirik!
Bir il içərisində, Azərbaycanda gedən hər tərəfli səmərəli islahat və inkişaflar
dostları sevindirib və düşmənləri narahat edirdi. Elə buna görədə mərkəzi
pəhləvi hakimiyyəti, günü-gündən azərbaycan milli hökümətin məhv etməyə
çalışırdı. Nəhayət mərkəzi hökumətin mürtəceləri qabaqdan xarici müstəbid
dövlətlərin himayəsi əldə etdikdən sonra 1325-ci günəş ilin azər ayı, azad
seçimlər bəhanəsi ilə Azərbaycana qoşun hissələri yeridib və azərbaycanın cavan
milli hökumətin qanla boğdu. Böyük arzularla yanan azadlıq məşəli yenidən söndü.
Qara terorlarla, dar ağacları altında, qaranlıq zindanlarda, işkəncələrlə məzlum
xalqımıza divan tutdu. Bu dəhşətli yürüşlərdə çeşitli qaynaqların verdikləri
məlumata görə şəhidlərin sayı 40 min nəfərə qədər qeyd olunmuşdur.Cinayətkarlar
bilməlidir ki, tarix bir nəslin göz yaşların, ah və fəryadlarını unutmayacaqdır.
Əziz həmvətənlər! 1325-ci ilin azər ayı xususi ilə 21 azər günü, Azərbaycan milləti üçün milli faciədir. Tarixdən təcrübə alaraq, gələcəkdə bir daha belə dəhşətli faciələrə mütləq yol verilməməliyik. Təəsüflə pəhləvilərin mirasi olan ırqçılıq iranda bu gündə sürətlə davam etməkdədir. Azərbaycan milli cəbhəsinin, güney azərbaycanla ilgili, milli amaclarımız uğrunda şəfaf və möhkəm atdımlar götürməsi sevindirici haldır. Bizim, sizin gələn aylarda çalışmalarımızın artması zəruri xaraktər daşıyır. İnanırıq ki, 21 azər milli şuurun canlanmasında, milli isarətə son qoymaqda, milli azadlıqa çatmaqdan yüksək rol oynayacaqdır!
Azərbaycan Milli Cəbhəsi |