
|
31 Dekabır dünya azərbaycanlıların həmrəylik günü münasibəti ilə azərbaycan milli cəbhəsinin müraciəti Əziz azərbaycanlı həmvətənlər! Bildiyiniz kimi vətənəmiz azərbaycan “Gülüstan və Türkmənçay” anlaşmaları ilə bölünmüşdür. Azərbaycan parçalandığı gündən etibarən millətimizin aydınları yurdumuzun bütövləşməsi üçün müxtəlif sahələrdə birlik düşüncəsini təbliq etmişlər.Azərbaycan parçalanma fəlakəti mahnılarımızda, bayatılarımızda, ədəbiyatımızda və folklorumuzda da öz əksini tapmışdır. Eyn dili, talei, tarixi paylaşan millətimiz milli kimliyini qoruya bilmək üçün dayıma birlikdən söz açmışdır. Güney azərbaycanda Həbib Sahir, Səhənd, Şəhriyar və quzey azərbaycanda Səməd Vurğun, Əli Ağa Vahid, Süleyman Rüstəm kimi vətəndaşlarımız, böyük iradə ilə birlik haqqında həsrət ədəbiyyatı yaratmışlar. Şubhəsiz ki, bu sahədə bu qədər fikir ortaya qoyan birlik və birləşmə eşqi bir şəkildə öz nəticəsini verməlidi. Soyuq savaşın sona çatması ilə eyn zamanda dünyada bir çox hadisələr baş verdi. Bizim milli mənafeyimiz və milli taleyimiz baxımından bu hadisələrin ən önəmlisi 31 dekabır dünya azərbaycanlılarının həmrəylik günüdür. Bu gündə azərbaycanlılar, birləşmə iradəsini açıq şəkildə dünyaya elan etmişdir. Böyük Şəhriyarın, “ Qaçdıq özləşdik araz da Yinə gözlər bulaq oldu” ifadəsi gərçəkləşdı sankı. Sərhəd boyunca yerləşən rusya və iran ordusu millətimizin birləşmə iradəsinə qarşı çıxa bilmədi. Vətəndaşların sevinclə dolu göz yaşları araz çayının sahillərinə töküldü. Millət fəlakətli və umudlu günləri ilə bir yerdə bir anlam ifadə edər. Azərbaycan türklüyünün fəlakətli günlərinin yanı sıra mutlu və şanlı günləridə vardır. Bu müqəddəs günlərdən biridə 31 dekabırdır. Çünkü 31 dekabır da milli iradəmiz dünyanın güclü ordusuna qalib gəldi. Vətənimizin ortasına sancılmış tikanlı məftillər söküldü, üzün illər bir-birinə qovuşmaq həsrətində yaşayan bacı-qardaşlar görüşdülər. Uzun illər keçəcək və hər zaman millətimiz bu müqəddəs günü şərəflə və iftixarla xatırlayacaq. Bu əziz və müqəddəs günün qururu içində olan azərbaycan milli cəbhəsi öz mübarizəsində milli tariximizin qızıl səhifəsi olan 31 dekabırdan ilham almaqdadır. Azərbaycan milli cəbhəsi öz mutluluğunu bütün millətimizlə paylaşır və inanır kı, tarixində belə möhtəşəm bir günə sahıb azərbaycanlılar bütün isarət zəncirlərini qırıb və öz milli amaclarına çatacaqdır. Dünyanın harasında yaşamasından asılı olmuyaraq bu sevgi və sevinc dolu milli birlik günümüz münasibəti ilə bütün azərbaycanlı vətəndaşlarımı təbrik edir, onlara can sağlığı və yüksək başarılar arzulayırıq.
Azərbaycan Milli Cəbhəsi |