
|
21 azər günündə milli Hökumətin quruluşu və devrilməsi münasibəti ilə azərbaycan milli cəbhəsinin müraciəti Hörmətli azərbaycanlı vətəndaşlar! Tarixi 21 azər gününün 59-cu il dönümünün ərəfəsindəyik. 1324-cu günəş ili şəhrivər ayının 12 sində azərbaycan xalqının milli istəkləri 12 maddədən ibarət, atlantik anlaşması əsasında, 48 nəfər vətəndaşlarımızın imzası ilə azərbaycanda yayıldı. Azərbaycan demokrat firqəsinin müraciəti xalq arasında təqdir gördü və az müddətdə bütün şəhərlərdən, kəndlərdən teleqraflar və məktublar sel kimi axıb təbriz şəhərinə gəldi. Aban ayının 29-30 da 150 min imza ilə 800 nəfərlik xalq konqresi təbriz şəhərində təntənəli şəkildə bərpa olundu. Məhs mübarizə nəticəsində 21 azər günü azərbaycan milli məclisi və milli Hökumət yarandı. Mübarizənin ön sıralarında gedən xalqımızın milli kadrlarından sayılan Hacı Mirzə Əli Şəbistəri milli məclisin sədrinə və Mir Cəfər Pişəvəri dövlət başçılığına seçildilər. Azərbaycan milli Hökuməti dövründə xalqımızın baş ucalığı və bu diyarın inkişafı unudulmaz bir faktdır. Təəsüf olsun ki, bir ildən sonra yəni 1325-ci günəş ili 21 azər günü yenidən qara bulutlar xalqımızın başı üstə köçdü. Pəhləvi hakimiyyətinin işqalçı ordusu xarici muttəfiqlərin yardımı ilə azərbaycan milli Hökumətini devirdi. Milli Hökumətin bir il içərisində azərbaycanın müxtəlif kənd və şəhərlərində yaratdığı bütün nailiyyətləri tarixdən sildilər. Azərbaycanın tarixinə, mədəniyyətinə, dilinə və bütün dəyərlərinə qarşı vəhşicəsinə hucum etdilər. Azərbaycan milli cəbhəsi, 21 azər günündə şəhid olan bütün insanlarımızı dərin hörmətlə xatırlayır və onların qaldırdıqları milli bayrağın enməyəcəyi uğrunda sarsılmaz iradə ilə mübarizə aparacağını israrla vurqulayır. Nə yazıq ki təbrik və baş sağlığı eyn günə təsadüf etməkdədir. 1324-cu il 21 azər günündə millətimizin böyük həyəcan və iş birliği ilə qurduğu milli Hökumət münasibəti ilə azərbaycan xalqına təbrik edirik. 1325-ci il 21 azər günündə millətimizin əməyi və ciddi çalışmaları nəticəsində qurulan milli Hökumətimiz devrilmişdir. Millətimizin başı sağ olsun. İnsanlıq tarixi bu şəkildə məğlubiyyətlərə və qələbələrə çox şahid olmuşdur, lakin millətlərin duyğularında, düşüncələrində bayraqlaşan ideal lar heç bir zaman məğlub edilməmiş, duyğulardan, düşüncələrdən silinməmişdir. 21 azər ideali millətimizin duyğularında və düşüncələrində əbədi olaraq yaşayacaqdır. Azərbaycan xalqının səadəti uğrunda mübarizə aparan azərbaycan milli cəbhəsidə bu milli ideal larımızın gərçəkləşməsi üçün uluslar arası səviyyədə əlindən gələni əsirgəməməkdədir.
Azərbaycan Milli Cəbhəsi |