
|
Cari ilin
Noyabr ayının 15-ində səhər çağı saat 06:30 rədələrində güney Azərbaycanın
görkəmli simalarindan olan, həyatını vətəninin işiqli gələcəyinə, Ana dili,
tarixi, mədəniyyətinin bərpasına sərf edən, tanınmış siyasətçi, ictimai xadim və
nəhayat haq - ədalət yolçüsü, günəş partiyasının sədri Mənuçehr Əzizi Avropaya
işguzar səfərə gələrkən, Tehran havalimaninda İran hakimiyyəti tərəfindən
musafirətinin qarşısı alınmışdı. Əslində Mənuçehr Əzizi-nin Avropa görüşləri güney Azərbaycan ücün uğurlu olarkən, İran hakimiyyətinində zidinə atılan bir addım dəyildı. Bəlkədə O coğrafiyada mədəni hərəkətlərin çiçəklənməsinə daha faydalı ola bilərdi. AMC fəaliyyətin İran çərçivəsində mədəni və ələni şəkildə davam edir və buna görədə Günəş partiyası bizlə yol yuldaşı olubdur. Təsüfflə hakimiyyət içərisinə soxulan şovinistlər belə yaramaz hərəkətlərə əl vurmaqla, çalışırlar Azərbaycanlıların mədəni hərəkətlərin radikal istiqamətə soq etsinlər və belə geyr insani davranışlar eliyə bilər xususən Azərbaycan Türklərinin gənc nəsli içərisində hakimiyyət üçün mənfi təsir yaradsın. Buna görə AMC dərin bir təssüff hissi ilə bu bəyanati vətəndaşlarımıza və bütün azadixah insanlara çatdırır. Azərbaycan milli cəbhəsi bu gün dünyanın hər bir yerində yaşayan, millətindən asılı olmayaraq haq-ədalət üçün, ömrünü insan huquqlarının bərpasına sərf edən insanlardan və orqanlardan təkidlə xahiş edirki, demokratiyanı uca tutaraq, İran dövlətindən aşağıda göstərilən iki mətləb tələb etsinlər: 1-Mənuçehr Əzizinin canının qorunması və onun xaricə müsafirətinə yol verilməsi! 2-İran huküməti, Güney Azərbaycanda milli mədəni və insan huquqlarının demokratik hərəkətlərində çətinliklər törədməsin!
Azərbaycan Milli Cəbhəsi |