آذربايجان ميللي حکومتي نين دولت قربي

Azərbaycan Milli Hökumətin dövlət Qerbi

آذربايجان ملی حکومتينين ملی هيمني
Azərbaycan Milli Hökumətin milli himni

Dinlə

دينله

 

I Bənd

Ey Vətənim Azərbaycan,
Əbədi odlardan nişan.
Adlı-şanlı keçmişin var,
Sən böyütdün qəhramanlar.
Qoca şərqin çırağısan,
Azadlığın bayrağısan.
Tarix boyunca yadigar,
İftixarlı asarın var.

Nəqarət
Sən sən bizə ana vətən,
Sən sən bizə nemət verən.
Sən sən bizə ruhi-rəvan,
Yaşa-yaşa Azərbaycan!

II Bənd
Azərbaycan, Azərbaycan,
Aslanların məkanısan.
Sən qurduğun yeni həyat,
Xalqımıza verdi nicat.
Gözəl günlər gətiribsən,
Səttarxanlar yetiribsən.
Qoy yurdumuz cənnət olsun,
Düşmən bağrı qanla dolsun.

Nəqarət
Sən sən bizə ana vətən,
Sən sən bizə nemət verən.
Sən sən bizə ruhi-rəvan,
Yaşa-yaşa Azərbaycan!

Sözləri: Mirmehdi Etimad
Musiqisi: Cahangir Cahangirov
Nota köçürən: Prof.Dr. R.İm
rani

 

بيرينجي بند

ای وطنيم آذربايجان،
ابدی
اودلاردان نشان.
آدلی- شانلی
کئچميشين وار،
سن بؤيوتدون
قهرمانلار (۲)٠ 
قوجا شرقين
چراغيسان،
آزادليغين
بايراغيسان.
تاريخ
بويونجا يادگار،
افتخارلی
آثارين وار.

ناغارات
سن سن بيزه
آنا وطن،
سن سن بيزه
نعمت وئرن.
سن سن بيزه
روحی – روان،
ياشا ياشا
آذربايجان!

ايکينجي بند
آذربايجان، آذربايجان،
اصلانلارين
مکانی سان.
سن قوردوغون
يئنی حيات،
خالقيميزا
وئردی نجات (۲)٠ 
گؤزل گونلر
گتيريبسن،
ستارخانلار
يئتيريبسن.
قوی
يوردوموز جنت اولسون،
دوشمن باغری
قانلا دولسون.

ناغارات
سن سن بيزه
آنا وطن
سن سن بيزه
شهرت وئرن
سن سن بيزه
روحی - روان
ياشا ياشا
آذربايجان!

سؤزلري: ميرمهدی اعتماد
موسيقی سي:
جهانگير جهانگيروف
نوتا کوچورن: پرفسور دکتر ر.ايمراني